SON XƏBƏRLƏR

Körfəz Ölkələri Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yaydı

2023.06.12, 12:50
Körfəz Ölkələri Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yaydı

Körfəz Ölkələri Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yayıb. İyunun 11-də qəbul olunmuş bəyanatında İrandan sülh məqsədli uran zənginləşdirilməsi səviyyəsinə riayət olunması tələb edilir.

Gunaz.tv

Qeyd edək ki, Şuranın 156-cı toplantısı Omanın xarici işlər naziri Bədr bin Hamud əl-Busəidinin sədrliyi ilə qurumu katiblik qərargahında keçirilib.

Bəyanatda həmçinin Tehrandan Beynəlxalq Atom Enerşisi Agentliyi ilə əməkdaşlıq etməsi və öhdəliklərə əməl olunması tələb eidlir.

Həmçinin körfəzdə gəmiçiliyə və neft təsisatlarına hər hansı təhlükəyə qarşı mübarizənin vacibliyi vurğulanır.

Tehrandan qonşuluq münasibətləri prinsiplərinə riayət olunması, qarşılıqlı hörmət, normalarla, həmçinin beynəlxalq qanunlar və nizamnamələrlə razılaşma tələb edilir.

Bəyanatda həmçinin İranın Avropa İttifaqı və Amerika ilə nüvə danışıqlarından da bəhs olunur: "Danışıqlarda İranın nüvə məsələsindən savayı bölgədə dəniz və gəmiçilik təhlükəsizliyi də danışılmalı və ərəb ölkələrini düşündürən bütün təhlükəszilik məsələləri irəli sürülməlidir”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar