SON XƏBƏRLƏR

İranda polis yas mərasiminə hücum etdi- Ölənlər var

2023.06.12, 16:16
İranda polis yas mərasiminə hücum etdi- Ölənlər var

İyunun 11-i günortadan sonra İranın Xuzistan əyalətinin İzə şəhərində qarşıdurma baş verib.

Gunaz.tv

Məlumata görə, polis etiraz aksiyalarında məmurlar tərəfindən öldürülən 10 yaşlı Kiyan Pirfələkin ad günü mərasiminin keçirildiyi yerə hücum edib.

Nəticədə hökumət məmurları ilə vətəndaşlar arasında qarşıdurmada Kiyan Pirfələkin anasınn əmisi olu 21 yaşlı Puya Molayi öldürülüb.

Hadisə yerini tərk etmək istəyən Puya Molayinin avtomobilinə atəş açılıb.

Sükan arxasında ölən Molayinin idarə etdiyi avtomobil polis kapitanı Məhəmməd Qənbərinin üzərindən keçib.

Nəticədə kapitan həyatını itirib.

Yerli media fəalları və insan haqları təşkilatlarının verdiyi məlumata görə, bir neçə etirazçı ağır yaralanıb, çox sayda insanın isə həbs edilərək naməlum yerə aparılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar