SON XƏBƏRLƏR

Sığınacaqda “İnsan Hüquqları Aylığı”

2023.06.13, 09:41
Sığınacaqda “İnsan Hüquqları Aylığı”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində “İnsan Hüquqları Aylığı”na həsr edilən bir sıra tədbirlər keçirib.

Gunaz.tv

Belə ki, aylıq çərçivəsində layihə üzrə hüquqşünas Pərviz Eyyubov tərəfindən  sığınacaq sakinləri üçün “Mənim hüquqlarım” adlı test- sorğu hazırlanıb və iştirakçılar məlumatlındırılıb. 

İyunun 8-də sorğu 12 sualdan ibarət olmaqla 12 -17 yaşlı uşaqlar arasında keçirilib. Sorğuda 16 nəfər iştirak edib. 

İyunun 9-da 25 nəfərin iştirakı ilə təlim keçirilib. Təlimdə insan hüquqları ilə bağlı kiçik videoçarxlar göstərilərək müzakirələr aparılıb. Müzakirələrdən sonra uşaqlar insan hüquqlarına aid yaddaqalan  bəndlərə dair şəkillər çəkib.

Həmin gün uşaqlar və əməkdaşların birgə səyi ilə 1,30 dəqiqəlik çarx çəkilib. 

10 iyunda “Uşaqlara qarşı şiddət uşaq hüquqlarının pozulması” mövzusunda başqa bir çarx hazırlanıb. 

12 iyunda Sosial Xidmətlər Agentliyinin əməkdaşı və 17 uşağın iştirakı ilə “İnsan hüquqları şəkillərdə” təlimi keçirilib. Uşaqlar çəkdikləri şəkillərdə insan hüquqlarına dair fikirlərini səsləndiriblər. 

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar