SON XƏBƏRLƏR

Kirmanşahda daha bir zabit öldürüldü

2023.06.14, 12:49
Kirmanşahda daha bir zabit öldürüldü

İyunun 13-ü gecə saatlarında İranın Kirmanşah əyalətinin İslamabad Qərb şəhərində SEPAH zabiti Mehdi Şahməleki öldürülüb, başqa bir məmur isə yaralanıb.

Gunaz.tv

Bu barədə məlumat yayan İran mediası hökumət məmurlarının şübhəli şəxsi həbs etmək istədikləri zaman güllələndiklərini yazıb.

Qeyd edək ki, bu, son iki gün ərzində Kirmanşahda öldürülən ikinci zabitdir.

Bundan əvvəl silahlı şəxslərlə atışmada İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarım hərbi Bəsic təşkilatının zabiti Səccad Əmiri də güllələnərək öldürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar