SON XƏBƏRLƏR

İranda sünni din xadiminin həcc ziyarətinə yasaq qoyuldu

2023.06.15, 11:40
İranda sünni din xadiminin həcc ziyarətinə yasaq qoyuldu

Sistan və Bəlucistan əyalətinin sünni məzhəbli nüfuzlu din xadimi və Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmidin ölkədən çıxışına qadağa qoyulub.

Gunaz.tv

Bu barədə cümə imamının ofisi məlumat yayıb.

Məlumatda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) cümə imamının həcc ziyarətinə getməsinin qarşısını aldığı bildirilib.

Qeyd edək ki, İranda ötən ilin sentyabr ayından başlayan etiraz aksiyalarından bu günə kimi Moləvi Əbdülhəmid İran hakimiyyətini dəfələrlə sərt tənqid edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar