Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi 27 ildir ki, dəyişmir. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəni 1996-cı ildən bu yana İranda dini təhsil almış Gürcüstan vətəndaşı, Marneuli sakini Əli Əliyev icra edir.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi 27 ildir ki, dəyişmir. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəni 1996-cı ildən bu yana İranda dini təhsil almış Gürcüstan vətəndaşı, Marneuli sakini Əli Əliyev icra edir.
Bəs İranın dini emisarlarının Gürcüstana gətirilməsi və Gürcüstanda İranyönlü dini təşkilatların təsis edilməsini fəxrlə hər yerdə bildirən bu şəxs kimdir? Məhz Ə.Əliyevin Gürcüstanda QMİ-nin nümayəndəsi olduğu dövrdə, Azərbaycanın öz daxili problemlərinə başının qarışdığı və ərazilərinin işğaldan azad edilməsi üçün mübarizə apardığı vaxt
İran dini-siyasi dairələri Gürcüstana nüfuz etmiş, azərbaycanlılar yaşayan bölgələrdə öz maraqlarına uyğun dini təşkilatların yaradılmasına, ayrı-ayrı iranpərəst “din xadimlərinin” yetişdirilməsinə, İranın dini modeli və həyat tərzinin soydaşlarımız arasında yayılmasına, bir çox məscidlərin həmin dairələrin nəzarətinə keçməsinə nail ola bilib.
.jpg)
Ə.Əliyevin uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, onun daima öz merkantil maraqlarını güdməsi, xəyanətkarcasına, səriştəsiz, yarıtmaz idarəçiliyi nəticəsində Gürcüstan müsəlmanları arasında narazılığın yaranmasına, QMİ-nin nüfuzunun getdikcə aşağı düşməsinə səbəb olub.
.jpg)
Məhz həmin dövrdə Azərbaycandan illərlə Gürcüstandakı müsəlmanlar üçün göndərilən və müəyyən vaxtlarda məbləği aylıq təxminən 20 min ABŞ dollarına çatan maliyyə vəsaitini düzgün bölüşdürməməsi, bəzi məlumatlara görə hətta korrupsiyaya yol verməsi səbəbindən yerli inanclı insanlarda QMİ, Azərbaycana qarşı ikrah hissləri yaranıb.
.jpg)
Bu da faktdır ki, Ə.Əliyevin səriştəsiz fəaliyyəti nəticəsində zəif, amorf, yerli müsəlmanlar arasında nüfuzu olmayan bir quruma çevrilmiş QMİ-nin Gürcüstan nümayəndəliyinə alternativ olaraq, 2011-ci ildə Mixail Saakaşvilinin Gürcüstan prezidenti olduğu dövrdə Bütün Gürcüstan Müsəlmanları İdarəsi adlanan təşkilat yaradılıb.
Ə.Əliyev və rəhbərlik etdiyi nümayəndəliyin yerli din xadimləri arasında nüfuzu olmadığından alternativ kimi Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması və fəaliyyətinə qarşı kütləvi etirazlar olmayıb.
.jpg)
QMİ nümayəndəsi kimi birbaşa üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə Ə.Əliyev QMİ nümayəndəsi qismində statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olaraq, Gürcüstandakı ictimai-siyasi, dini proseslərdə iştirak etməklə, müxtəlif siyasi və dini güc mərkəzləri arasında öz aləmində “reveranslar” etməklə özünə “siyasi kapital” yığmağa da cəhdlər edir. Belə ki, Gürcüstanda son parlament seçkiləri öncəsi, 2020-ci ilin avqust ayında Ə.Əliyev əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyasının dini məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib və müvafiq seçkiqabağı təşviqat kampaniyasına qoşulub.
.jpg)
Daha sonra 2021-ci ilin oktyabr ayında yerli özünüidarəetmə orqanlarına seçkilər öncəsi Gürcüstana qayıdan sabiq prezident Mixail Saakaşvilinin həbsindən sonra Ə.Əliyev yerli azərbaycanlı gəncləri M.Saakaşviliyə dəstək aksiyasına qoşulmağa çağıran müsahibələr, bəyanatlar da verib.
.jpg)
Bu siyasi proseslərə qoşulmaqda Ə.Əliyevin yalnız bir məqsədi olub ki, o da Gürcüstanda hakimiyyət dəyişəcəyi təqdirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi vəzifəsinə yiyələnməkdir.
.jpg)
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən İranın dini-siyasi dairələrinin ölkəmizə qarşı apardığı qərəzli fəaliyyət dövründə, xüsusilə sərhədlərimiz yaxınlığında provokasiya xarakterli hərbi təlimlər keçirildikdən sonra Ə.Əliyev İrana səfərlər edərək orada həmin dairələrlə görüşlər keçirir, onlara yarınmağa çalışır.
.jpg)
2022-ci ilin iyul ayında İranın dini-siyasi dairələrinin tapşırığı ilə Tbilisidə yerli azərbaycanlı uşaq oğlan və qızlardan istifadə etməklə çəkilmiş Azərbaycan dilində “Salam, fərmandeh” (“Salam, komandan”) mahnısının videoklipi Ə.Əliyev tərəfindən elə həmin vaxt öz feysbuk səhifəsində paylaşılıb.
İran hakimiyyətinə bağlı mətbuatda fars dilindən bir neçə dilə tərcümə edilmiş sözügedən mahnının “yeni nəslin İran İslam Respublikasını dəstəkləyən xoru” adlandırıldığı bildirilir.
Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda Gürcüstanda soydaşlarımız arasında dini sahədə fəaliyyətini intensivləşdirən İran dini-siyasi dairələri ilə Ə.Əliyev cari ildə də görüşlər keçirərək öz xidmətlərini təklif edib.
Belə ki, Ə.Əliyevin cari ilin yanvar ayında Gürcüstanda səfərdə olan İranın “Ümumdünya Əhli-Beyt Assambleyası”nın baş katibi Ayətullah Rza Ramazani ilə təklikdə görüşərək özünü Gürcüstanda “şiə azərbaycanlıların dini lideri” kimi qələmə verdiyi, İrandan maliyyə dəstəyi olacağı təqdirdə Azərbaycanın birdəfəlik Gürcüstandakı dini sahədən qovulması üçün fəaliyyət qurmağa hazır olduğunu bildirdiyi qeyd edilir.
.jpg)
Bu ilin 27 yanvar tarixində İranın dini-siyasi dairələrinin Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı təşkil etdiyi xain terror hücumundan sonra buna qarşı heç bir bəyanat, müsahibə verməyən Ə.Əliyev cari ilin fevral ayında İrandakı “islam inqilabının” ildönümü münasibətilə İranın Gürcüstandakı Səfirliyinin tədbirində, eləcə də həmin səfirliyin digər mərasimlərində iştirak etməklə, eləcə də cari ilin mart ayında İranın növbəti dini emissarı olan ayətullah seyid Mirmahmud Səfəvi Xəlxalinin Gürcüstana səfəri çərçivəsində onu müşayiət edərək yenə də İrana yarınmağa çalışıb.
Məlumata görə, İranın dini-siyasi dairələrindən Gürcüstandakı fəaliyyəti üçün müəyyən həcmdə “pay” alacağı vədindən sonra cari ilin 1 may tarixindən başlayaraq, Ə.Əliyev öz feysbuk səhifəsində artıq birbaşa Azərbaycan əleyhinə, İranın maraqlarına uyğun paylaşımlar etməyə başlayıb.
Qeyd edilməlidir ki, özünü “dahi dini lider”, “qlobal siyasətçi”, “əvəzolunmaz strateq” hesab edən Ə.Əliyev yerli azərbaycanlılar arasında qadınlara xüsusi “həvəsi” ilə tanınır. Hətta bir müddət erməni sevgilisinin olduğu bildirilən Ə.Əliyevin digər azərbaycanlı qadına “pis gözlə baxması” səbəbindən həmin qadının qohumları tərəfindən onun döyüldüyü və uzun müddət Marneuli şəhərində mərkəzi körpüdən şəhərin digər tərəfinə keçməsinin qeyri-rəsmi “qadağan” olunduğu bildirilir.
Ayxan
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb