SON XƏBƏRLƏR

İran İsrailə qarşı yeni təxribatlar planlaşdırır

2023.06.16, 14:04
İran İsrailə qarşı yeni təxribatlar planlaşdırır

İranın rəhbəri Əli Xameneyi iyunun 15-də Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad ən-Nəxali və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Gunaz.tv

Görüşdə Xameneyi Fələstin müqavimət qruplarının gücünün və etibarının artdığını iddia edib.

Əl-Nəxali Fələstindəki son hadisələrlə bağlı Əli Xameneyiyə hesabat təqdim edib və İsrailin məhv ediləcəyi ilə bağlı ənənəvi ritorikanı davam etdirib.

Ekspertlər bu görüşü Tehran hökumətinin bölgədə yeni təxribatlara hazırlanmasına işarə kimi dəyərləndiriblər.

Onların fikrincə İran hökuməti fələstinli radikal qruplaşmalar vasitəsilə İsrailə qarşı yeni təxribatlar həyata keçirməyə hazırlaşır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar