SON XƏBƏRLƏR

"Tayvan məsələsi dünyada iqtisadi böhran yarada bilər"-Blinken

2023.06.19, 18:00
"Tayvan məsələsi dünyada iqtisadi böhran yarada bilər"-Blinken

Tayvan ətrafında 2016-cı ildən bəri təxribat xarakterli hərəkətlər yalnız ABŞ-ı deyil, digər ölkələri də narahat edir.

Gunaz.tv

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

Blinken bildirib ki, Tayvan ətrafında yaranacaq böhran demək olar bütün dünyada iqtisadi böhrana səbəb ola bilər.

O qeyd edib ki, dünyada kommersiya konteynerlərinin 50%-i hər gün Tayvan boğazından keçir: “Yarımkeçiricilərin ixracının 70%-i Tayvanda həyata keçirilir.

Əgər Tayvan ətrafında böhran yaranarsa, bunun dramatik nəticələri ola bilər”. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar