GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Tehran yalnız ilkin şərtlər olmadan Amerika ilə danışıqlara razılaşacaq
Tramp: Ermənistan-Azərbaycan münaqişəsi tezliklə uğurla həll olunacaq
Tramp: Amerika və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib
Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər
Almaniya İrana xəbərdarlıq etdi- Məktubu BMT TŞ-a verəcəyik
Xorvatiyalı yarımmüdafiəçi "Traxtur"a qoşuldu
AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik
Bəqai: BMT sanksiyaları bərpa olunarsa, İran reaksiya verəcək
İran danışıqlardan özünü bərpa fürsət kimi yararlanmalıdır- Media
İsrail casuslarının məhkəməsini tezləşdirin- Ejei
Ərdəbildə əyalətində quraqlıq olacaq
İranda Səlcuq dövrünə aid tarixi məkan dağıdılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Qumda güclü partlayış olub - Qaz sızması yoxsa PUA hücumu?
İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
İranda alkoqollu içkilərdən ölənlərin sayı artıb
Təbrizdə Azərbaycan Milli Hərəkatının 5 fəalının məhkəməsi keçirilib
Rusiya İranı "sıfır zənginləşdirmə"yə təşviq etməsi ilə bağlı xəbəri inkar edib
Fukusima AES-dən 7 800 ton su okeana axıdılacaq
KİV: "Rusiya qarşıdakı iki ayda hücumlarını gücləndirəcək"
Trampın xüsusi elçisi Ukraynaya səfər edib
Urmu Gölünün su payı Mahabad Şəkər zavoduna verilir
Rusiyada terror aktlarının sayı kəskin artıb
Paşinyan Brüsselə səfər edib
Almaniya Ukraynaya "Taurus" raketləri göndərməyəcək
Makron: Fransa müdafiə xərclərini sürətlə artıracaq
Araqçı Çinə gedir
KİV: Kiyev rəsmiləri Trampın bəyanatından sonra vəziyyətin dəyişəcəyinə inanmır
Makron: Paris Avropa təhlükəsizliyinin gücləndirilməsi üçün nüvə arsenalı ilə bağlı Aİ ölkələri ilə dialoqa başlayacaq
Almaniya Prezidenti məcburi hərbi xidmətin bərpası təklifini dəstəkləyib
Çexiyanın Baş naziri Slovakiya hökumətini Rusiyaya qarşı sanksiyaları bloklamamağa çağırıb
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini bu gün razılaşdıra bilər
Qrossi və Koşta İranın nüvə proqramını müzakirə ediblər
NATO-nun baş katibi gələn həftə Vaşinqtonda Trampla görüşəcək
Böyük Aİ ölkələri Britaniyanı müəyyən şərtlərlə yenidən ittifaqa qəbul etməyə hazırdır
Donald Tramp Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya yardım üçün istifadə edə bilər
Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub
Amerika Avropa İttifaqının pulu hesabına Ukryanaya silah göndərəcək
Tramp Qəzzada vəziyyətin bir həftəyə həll oluna biləcəyini deyib
WSJ: Pentaqon rəhbəri Kiyevə bir sıra silahların tədarükünü dayandırıb
Fars Xəbər Agentliyi: İsrail 12 günlük müharibə zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasına hücum edib
Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib
İrandan sonrakı Yaxın Şərq
44 günlük müharibədən sonra yaşadığımız regionda siyasi düzən dəyişib. Azərbaycan proseslərdə diktə edən tərəf kimi çıxış edir. Türkiyənin bölgədə aktivliyi, proseslərdə iştirakı artıb. Zəngəzru dəhlizi layihəsi ilə bağlı işlər böyük ölçüdə irəliləyib. Ermənistan sülhə yaxınlaşıb. Ancaq erməniləri revanşa təhrik edənlər, Zəngəzurun reallaşmasına qarşı çıxanlar var. Əks düşərgədə qonşumuz İran da fəallıq göstərir. Ancaq bu dövlətin daxilində ciddi narazılıq davam edir. Xalq əvvəlki qaydalarla yaşamaq istəmir. İranda və bütövlükdə regionda baş verən son gəlişmələrə bağlı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrəndik.
“İran regionun zəif bəndidir”
-Nəsimi bəy, İranda məcburi geyim qaydaları əleyhinə etirazlar səngimir. Ötən sentyabrdan başlanmış narazılıq davam edir. Sizcə, proseslər hara gedir? İranda yeni inliqab olacaq?
-İran rejimi xalqı qorxu altında idarə edən, hüquq və azadlıqları boğan, etirazçıları küçə və meydanlarda güllələyən, ölüm hökmünü ən çox icra edən qeyri-azad dövlətdir. Rejim ölkədaxili sabitliyi yalnız zor ilə saxlamağa çalışır.
Bütün repressiv addımlara baxmayaraq İranda daxili gərginliklər, etirazlar davam edir. Bu etirazlar süni, kənardan qaynaqlanan və mövsümi deyil, çox dərin sosial, siyasi, milli, mənəvi-psixoloji amillərlə bağlıdır.
Rejimin bu problemləri həll etmək imkanı və niyyəti olmadığı kimi, əhalinin də narazı hissəsinin bu reallıqlarla daha uzun müddət yaşamaq, barışmaq fikiri yoxdur.
Amma rejim hələ zor ilə mövcudluğunu saxlamağa nail olub. Əhalinin diqqətini daxili etirazlardan yayındırmaq, hökumətin qanunsuz davranışlarını pərdələmək, ictimai müzakirələrin istiqamətini dəyişmək üçün süni şəkildə xarici təhlükənin mövcudluğu barədə tezislər uydurur.
Mənim analizlərimə görə İran regionun zəif bəndidir. Burada siyasi proseslərin önünü zor ilə uzun müddət kəsmək mümkün olmayacaq.
Yalnız daxili amillər deyil, beynəlxalq münasibətlərdə yaranan böhran da ölkələrə təsirsiz ötüşmür. Rusiya-Ukrayna müharibəsi bunun ilk siqnalıdır. Daha fərqli hərbi toqquşmalar və müharibələr istisna deyil.
İran Rusiya-Ukrayna müharibəsində Rusiya ilə müttəfiqdir. Rusiyaya dronlar satır. Qərb koalisiyasına qarşı Rusiya ilə vahid cəbhədə yer alıb. Eyni zamanda İran da iqtisadi sanksiyalara məruz qalıb və iqtisadi baxımdan zəifləyir.
Nəzərə alaq ki, artıq beynəlxalq münasibətlərdə yeni düzənin yaranması prossesi start götürüb. 2030-cu ilədək dünyada yeni nizamın yaranması prosesi sona çatmalıdır.
Yeni geosiyasi dəyişikliklərdən İranın itkisiz çıxması çox çətin olacaq. Ciddi daxili sarsıntılar, qonşularla ziddiyyətlər və mühafizəkar hakimiyyətin siyasəti İranı regional əməkdaşlıqdan kənarda qoyub. Həm də ölkə daxilində dövlət-vətəndaş münasibətləri də ciddi zədələnib. İnqilabın xarakteri, nə vaxt və necə baş verməsi daxil və xarici amillərdən asılı olacaq. İran mütləq dəyişəcək!
“Güney məsələsində beynəlxalq dəstək çox önəmlidir”
-İsrail parlamentində bir neçə dəfə Güney Azərbaycanla bağlı məsələ qoyulub və qərar çıxarılıb. Sizcə, bu proses dünyaya yaıla bilərmi?
-Güney Azərbaycan məsələsində beynəlxalq dəstək çox önəmlidir. Xüsusilə də İsrail kimi beynəlxalq mövqeyi güclü olan bir dövlətin bu məsələdə yanaşması olduqca əhəmiyyətlidir.
Türk Dövlətləri Təşkilatının da bu istiqamətdə qərarları proseslərə müsbət təsir edə bilər.
Avropa Birliyi və ABŞ-dan hələ bu məsələdə açıq mövqe gözləmək real deyil.
Onların siyasəti proseslərin nəticəsinə uyğun olacaq. İranda yaşayan soydaşlarımızın hüquqları məsələsini Azərbaycan prezidenti bir neçə dəfə beynəlxalq tədbirlərdə dilə gətirib.
Əslində bu, elə üstüörtülü Güney Azərbaycan məsələsidir. Beynəlxalq və regional geosiyasi proseslərə adekvat yanaşmalar sərgilənməlidir.
Bu məsələdə rəsmi Bakı, Ankara və müttəfiqləri ortaq siyasət yürütməlidir. Müşahidələrimə əsasən müəyyən razılaşmalar və məqsədyönlü çalışmalar var.
“Həlledici anda Güneyə açıq dəstək vermək üçün hazır olmalıyıq”
-Təbrizdə milli hökumətin qurulması üçün hansı şərtlər lazımdır?
-Güney Azərbaycan məsələsi İranın və regionun siyasi aqibətini şərtləndirir. Odur ki, bu məsələ olduqca ağrılı və gərgin prosesdir. Nə gecikmək nə də tələsmək olar. İranda siyasi proseslərin inkişafını Azərbaycan və Türkiyə dövlətləri bütün gücü ilə izləməli, nəzarətdə saxlamalı və onlar siyasi-psixoloji yön verməlidir. Həlledici anda açıq dəstək vermək üçün öncədən hazır olmalıdır.
İranın gələcəkdə tamamilə parçalanması və ya federal dövlət kimi qalması bir sıra amillərdən asılı olacaq.
Güney Azərbaycanın mühacir təşkilatları arasında əlaqələr gücləndirilməli, intensiv müzakirələr aparılmalıdır. Təbliğat tezislərinin vahid məqsədə istiqamətlənməsinə nail olmaq vacibdir. Təşkilatlar bir arada olmasa da məqsəd vahid və aydın olmalıdır. Təbrizdə milli hökumətin qurulması üçün İranda rejimin çöküşü reallaşmalıdır.
“Ermənistan Azərbaycan və Türkiyə ilə real sülh bağlamasa…”
-Ermənistan daimi sülh sazişini imzalamaqdan boyun qaçırır. İrəvanı buna vadar edən hansı qüvvələrdir? Azərbaycan bu halda hansı addımları atmalıdır?
-Sülh prosesinə əngəl yaradan bir sıra daxili və xarici amillər var. Ermənistan mümkün olduğu qədər prosesin uzanmasını istəyir. Onlarda belə bir yanlış gözlənti var ki, proseslərin uzanmasından qazanclı çıxa bilərlər.
Erməni ictimaiyyəti hələ də məğlubiyyətlə barışmır. Hərbi məğlubiyyətin əsas səbəbkarı kimi ordu və siyasi rəhbərliyi görürlər. Erməni xalqının məğlub olmadığı qənaətindədirlər.
Revanşa hazırlaşmağı tələb edirlər.
İran, Rusiya və Fransa da sülh prosesinin irəliləməsini arzulamır. Hər fürsətdə prosesə mane olurlar.
Paşinyan hökuməti həm sahədəki hərbi reallığı həm də cəmiyyətin ovqatını bilir. Azərbaycanla təkbaşına hərbi toqquşmanın daha ağır itkilərlə nəticələnəcəyini anlasa da cəmiyyətin və xarici maraqlı qüvvələrin mövqeyini də nəzərə alır. Bəyanatlarla sülh prosesinə dəstək ifadə etsə də real addımları atmağa tələsmir.
Paşinyan Qərblə inteqrasiyanı dərinləşdirmək istəyir. Amma bunu real addımlarla həyata keçirmək üçün siyasi qətiyyəti çatmır. Azərbaycan və Türkiyə ilə real sülh bağlamadan Qərbə inteqrasiya alınmayacaq. Regionda Rusiyanın və İranın təsiri davam edəcək.
Azərbaycan mövcud status-kvonun saxlanmasında maraqlıdır. 44 günlük müharibədən qalib çıxıb, diplomatik danışıqlarda mövqeyi güclüdür və sülh prosesinin irəliləməsi üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. İndiki halda mövcud status-kvonun dəyişməsi Azərbaycana sərfəli deyil.
Odur ki, yeni irimiqyaslı hərbi toqquşmalardan mümkün qədər yayınmalıdır. Müdafiə gücünü daim hazır saxlamalı, təxribatlara adekvat cavablar verməklə Ermənistan cəmiyyətini reallıqla barışdırmalıdır.
"Azərbaycan lokal əməliyyatlar apara bilər"
-Qazaxın 7 kəndinin və Kərki kəndi azad olunması üçün əməliyyatların başlanmasını real hesab edirsinizmi? Azərbaycan üçün strateji əhəmiyyətli Tərtər-Ağdərə-Kəlbəcər yolu və Sərsəng su anbarı nəzarətə götürülə bilərmi?
-Azərbaycan bundan sonra mümkün olduğu qədər hərbi vasitələrlə deyil, diplomatik danışıqlarla prosesin irəliləməsinə nail olmalıdır. Təəssüf ki Ermənistan diplomatik danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə hərbi toqquşmalara əsas yaradır. Azərbaycan siyasi rəhbərliyinin və ordunun bu istiqamətdə qətiyyətli və aydın mövqeyi var.
Təbii ki lokal hərbi əməliyyatlar hər zaman mümkündür.
44 günlük müharibədən sonra 24 mart 2022-ci il Fərrux əməliyyatı, 3 avqust 2022-ci il sərhəddə Qisas əməliyyatı, 12-14 sentyabr 2022-ci il Sarıbaba dağının, Kiçik Qafqaz dağ silsiləsinin şimal-qərb hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi buna əyani sübutdur.
Son iki ildə Azərbaycan ordusu həm Qarabağ ərazisində həm də Ermənistanla sərhəddə uğurlu əməliyyatlar həyata keçirib. Belə əməliyyatların davam edəcəyini istisna etmirəm.
Ayxan
Tehran yalnız ilkin şərtlər olmadan Amerika ilə danışıqlara razılaşacaq
Tramp: Amerika və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib
Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər
Almaniya İrana xəbərdarlıq etdi- Məktubu BMT TŞ-a verəcəyik
Xorvatiyalı yarımmüdafiəçi "Traxtur"a qoşuldu
İran danışıqlardan özünü bərpa fürsət kimi yararlanmalıdır- Media
İsrail casuslarının məhkəməsini tezləşdirin- Ejei
Ərdəbildə əyalətində quraqlıq olacaq
İranda Səlcuq dövrünə aid tarixi məkan dağıdılıb
Qumda güclü partlayış olub - Qaz sızması yoxsa PUA hücumu?
Təbrizdə Azərbaycan Milli Hərəkatının 5 fəalının məhkəməsi keçirilib
Rusiya İranı "sıfır zənginləşdirmə"yə təşviq etməsi ilə bağlı xəbəri inkar edib
Urmu Gölünün su payı Mahabad Şəkər zavoduna verilir
Rusiyada terror aktlarının sayı kəskin artıb
Makron: Fransa müdafiə xərclərini sürətlə artıracaq
Araqçı Çinə gedir
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini bu gün razılaşdıra bilər
Qrossi və Koşta İranın nüvə proqramını müzakirə ediblər
Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub
Amerika Avropa İttifaqının pulu hesabına Ukryanaya silah göndərəcək
Hökumətin devrilməməsi qələbəmizdir - Səfəvi
Jerusalem Post: Əli Xameneinin anası ermənidir
Azərbaycanlı körpə “Hayal” 68 gündür ki, doğum haqqında şəhadətnaməsiz qalıb.
İki Azərbaycan şəhərində 27 nəfər həbs edildi
Təl-Əvivi yer üzündən slərik- Xaməneinin nümayəndəsi
“EU Reporter”: Qarabağ regionu beynəlxalq forumlar üçün meydana çevrilib
Rəşt Şəhər Şurasının üzvündən çağırış- Pezeşkianı da öldürün
Günəş İsfahana işıq saçır, Azərbaycan kölgədə qalıb!
Novin: Niyə Omandan İsfahana su köçürmək üçün pul var, amma Təbrizə üçün pul yoxdur?
İranda silahlı qarşıdurma - Ölənlər var
İranda silahlı qarşıdurma - Ölənlər var
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal erməninin cəzası daha da ağırlaşdırılıb
Ərəb fəalların həyatı təhlükədədir
Qəzvində istehsalat müəssisəsində yanğın olub
3 Azərbaycan şəhərinə hava hücumu- İddia
Katz: İranın yenidən İsrail üçün təhdid olmasına icazə verməyəcəyik
İsrail Rza Pəhləvini dəstəkləməlidirmi?
"Traxtur" Klubu cərimələndi