SON XƏBƏRLƏR

Sabiq deputat atasının məzarını ziyarətgaha çevirib

2023.06.23, 10:36
Sabiq deputat atasının məzarını ziyarətgaha çevirib

Ərdəbil əyalətinin Germi bölgəsində şəhərin İran parlamentindəki keçmiş millət vəkili Mir Himayət Mirzadə atasının məzarını imamzadaya çevirib.

Gunaz.tv

Yayılan xəbərə görə, keçmiş millət vəkili hakimiyyətdə və dini dairələrdəki əlaqələrindən istifadə edərək bu addımı atıb.

Məzarın ziyarətgaha çevrilməsi İranın İmamzadalar, Vəqflər və Müqəddəs Məkanlar Təşkilatı tərəfindən təsdiqləndiyi bildirilir.

Mir Himayət Mirzadə bu məsələdə heç bir rolu olmadığını və atasının qəbrinin bölgə əhalisinin təşəbbüsü ilə ziyarətgaha çevrildiyini iddia edib.

Qeyd edək ki, 1979-cu ildə mollaların İranda hakimiyyəti ələ keçirmələrindən bu günə kimi ölkədə olan imamzada, ziyarətgah və "müqəddəs məkan"ların sayı 12 dəfə artıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar