SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda narkomanların sayı artıb

2023.06.27, 13:39
Qərbi Azərbaycanda narkomanların sayı artıb

Qərbi Azərbaycan əyalətində narkotik maddə aludəçilərinin son statistikası açıqlanıb.

Gunaz.tv

Əyalətin Natkotiklərlə Mübarizə Mübarizə Polisinin başçısı polkovnik İbrahim Cəlilpənah mediaya verdiyi açıqlamada əyalət səviyyəsində 72 min uyuşdurucu aludəçisinin aşkarlandığını deyib.

O, son bir ildə 922 narkotik maddə alverçisinin həbs edldiyini və bunun öncəki ilin oxşar dövrü ilə müqayisədə 82% çox olduğunu bildirib.

Qeyd edək ki, bundan bir neçə il öncəyə kimi Güney Azərbaycan İranda ən az narkomanın olduğu bölgə sayılırdı.

Bu, artıq dəyişməkdə və Azərbaycan şəhərlərində də narkotik maddə istifadəçilərinin sayı artmaqdadır.

Ekspertlərin fikrincə, narkomaniyanın yayılmasının əsas səbəbi ölkədə fərdi azadlıqların olmaması, yoxsulluğun  və işsizliyin artması və insanların gələcəyə ümidsizliyidir.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar