SON XƏBƏRLƏR

İranda yol qəzaları ilə bağlı dəhşətli statistika: Bir gündə 53 nəfər ölür

2023.06.30, 11:45
İranda yol qəzaları ilə bağlı dəhşətli statistika: Bir gündə 53 nəfər ölür

İran yollarında son bir il ərzində yol qəzaları nəticəsində ölən və xəsarət alanların statistikası açıqlanıb.

Gunaz.tv

Məlumata görə, son bir ildə baş verən yol qəzalarında 19 237 nəfər həyatını itirib. Bu isə hər günə 53 nəfərin qəzada ölməsi deməkdir. 

Bununla yanaşı eyni müddətdə yol qəzaları nəticəsində günə 1000 nəfər olmaqla ümumilikdə 369279 nəfər yaralanıb.

Öncəki illə müqayisədə ölüm sayı 13,4, faiz yaralı sayı isə 14,2 faiz artıb.

Qeyd edəl ki, İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.

İranda milli avtomobillərə xalq arasında ölüm arabaları adı verilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar