SON XƏBƏRLƏR

Babək qalasına gedən yol bağlandı

2023.07.01, 13:13
Babək qalasına gedən yol bağlandı

Ənənəvi Babək qalasına yürüş mərasimləri ərəfəsində Tehran hökuməti qalaya gedən yollarda məhdudiyyətlər tətbiq edib, qalaya girişi bağlayıb.

Gunaz.tv

Babək qalasının girişində "Təmir işlər gedir, giriş qəti qadağandır" yazılmış baner asılılıb.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonu, iyulun əvvəlində Babək qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır.

Yollarda polis və ordunun nəzarəti gücləndirilir.

Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar