SON XƏBƏRLƏR

Adı türkcə olduğu üçün təbrzli uşağa kimlik verilmir

2023.07.02, 19:03
Adı türkcə olduğu üçün təbrzli uşağa kimlik verilmir

Dünyaya gəlməsindən 3 ay keçməsinə baxmayaraq adı türkcə olduğuna görə təbrizli Elcana kimlik sənədi verilmir.

Gunaz.tv

Bu barədə Elcanın ailəsi xəbər yayıb. Məlumata görə, Təbriz Qeydiyyat İdarəsi onlara adın dəyişdirilməsini təklif ediblər.

Onlar məhkəməyə müraciət etsələrdə məhkəmə qeydiyyat idarəsinin təklifini qüvvədə saxlayıb və Elcan adına kimlik sənədinin verilməsinə qarşı qərar çıxarıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar