SON XƏBƏRLƏR

Ərdəbildə restoran bağlandı, bir neçə nəfər həbs edildi

2023.07.04, 16:33
Ərdəbildə restoran bağlandı, bir neçə nəfər həbs edildi

Güney Azərbaycanın Ərdəbil şəhərində hökumət məmurları restoranı bağlayıb və orada işləyənləri həbs ediblər.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin İnqilab Prokurorluğu məlumat yayıb.

Məlumatda fəaliyyət lisenziyası ləğv edilən restoranda islami qaydalara riaəyt edilmədiyi, oradan spirtli içkilər aşkarlandığı bildirilib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar