SON XƏBƏRLƏR

"Xalq mücahidləri"nə məxsus bilgisayarların İrana göndərilməsi təkzib olundu

2023.07.08, 12:00
"Xalq mücahidləri"nə məxsus bilgisayarların İrana göndərilməsi təkzib olundu

Albaniya polisi molla rejiminə müxalif İranın Xalq Mücahid Təşkilatının kompüterlərinin İrana göndərilməsi barədə Tehran rəsmilərinin iddiasını təkzib edib.

Gunaz.tv

Bununla bağlı verilən bəyanatda bildirilir ki, bu ölkənin polisi, heç bir tədqiqat orqanı və mütəşəkkil cinayətlərə dair prokurorluq tədqiqat üçün nə İran dövləti və nə də hansısa İran vətəndaşı ilə əlaqə saxlamayıb.

“Zəbt olunmuş aparatların hamısı qanuni proseduralara əsasən rəqəmsəl ekspertiza üçün müvafiq quruma təqdim olunub.

Heç bir kompüter cihazı və onlardan çıxarılmış materiallar Albaniya Cümhuriyyətinin sərhədlərindən kənara göndərilməyib”-bunu Albaniya polisi açıqlayıb.

Qeyd edək ki, İran rəsmilərindən biri Xalq Mücahidləri Təşkilatının kompüterlərinin İrana göndərildiyini və orada onların məzmununun araşdırıdığını iddia etmişdi.

Bir müddət öncə Abaniya polisi bu təşkilatın Albaniyada “Əşrəf-3” düşərgəsinə əməliyyat keçirmiş, orada olan kompüter chiazlarını müsadirə etmişdi.

Xatırladaq ki, İranın Xalq Mücahidləri Təşkilatı (Sazemane Mocahedin Xəlqe İran) İraq müharibəsi zamanı İran dövlətinin əleyhinə iri hərbi əməliyyatlar aparıb, lakin uğur qazana bilməyib.

İran dövləti bu siyasi təşkilata potensial təhlükə kimi baxır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar