SON XƏBƏRLƏR

İranda daha bir müəllim işdən qovuldu

2023.07.11, 13:33
İranda daha bir müəllim işdən qovuldu

İranın Abdanan şəhərində müəllim işləyən Əhməd Əlizadə işdən qovulub.

Gunaz.tv

Onun Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurası tərəfindən işdən uzaqlaşdırıldığı bildirilir.

Əhməd Əlizadə işdən qovulan başqa müəllimlər kimi etiraz aksiyalarında iştirak etdiyinə və həbs edilən tələbə və müəllimlərin azad edilməsini istədiyinə görə işdən çıxarılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar