SON XƏBƏRLƏR

Azərbaycanlı körpəyə 5 aydan sonra türk adı ilə sənəd verildi

2023.07.12, 10:59
Azərbaycanlı körpəyə 5 aydan sonra türk adı ilə sənəd verildi

Adı türkcə olduğu üçün 5 aydır kimlik vəsiqəsi ala bilməyən "Elin" adlı təbrizli uşağın ailəsinin mübarizəsi nəticə verib.

Gunaz.tv

Bu barədə Elinin atası Mirməcid Nəğizadə məlumat yayıb.

O, 5 ay davam edən məhkəmə çəkişmələrindən sonra Qeydiyyat İdarəsinin türk adında kimlik vəsiqəsi verməyə məcbur olduğunu bildirib.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar