SON XƏBƏRLƏR

Tehranda dövlət müəssisələrində elektrik enerjisinin verilişi dayandırıldı

2023.07.13, 08:23
Tehranda dövlət müəssisələrində elektrik enerjisinin verilişi dayandırıldı

Tehran Elektrik Paylayıcı Şirkəti bu gün paytaxtda 38 dövlət müəssisəsi və idarəsinə elektrik enerjisinin verilişini dayandırıb.

Gunaz.tv

Barədə şirkətin ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Məlumata görə, sözügedən idarələr elektrik enerjisi sərfiyyatının azaldılması zərurəti ilə bağlı xəbərdarlıqlara məhəl qoymadıqları üçün elektrik enerjisindən məhrum ediliblər.

İran hökumətinin təsdiqinə əsasən, inzibati orqanlar iş saatlarında elektrik enerjisi istehlakını ən azı 30%, işdən kənar vaxtlarda isə 60% azaltmalıdırlar. 

Qeyd edək ki, bir müddət əvvəl hökumət yetkililəri elektrik enerjisi çatışmazlığı barədə mütəxəssislərin xəbərdarlılarını əsassız adlandırırdılar.

Sahə üzrə ekspertlər qarşıdakı həftələrdə İranda elektrik enerjisi sahəsindəki böhranın daha da dərinləşəcəyini bildirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar