SON XƏBƏRLƏR

İranda turizm sahəsi tamamilə çökə bilər

2023.07.13, 11:53
İranda turizm sahəsi tamamilə çökə bilər

Xarici turistlərin İrana səfərləri kəskin şəkildə azalıb. Bunu İran Tur Operatorları Cəmiyyətinin İdarə Heyətinin sədri İbrahim Purfərəc deyib.

Gunaz.tv

İbrahim Purfərəc bu sahənin tamamilə müflis ola biləcəyi barədə xəbərdarlıq edib.

"Hazırda bir çox xarici turoperatorlar İranı səyahət istiqamətləri siyahısından çıxarıb və bu prosedur uzanarsa, bir müddət sonra İranın adı daha səyahət istiqamətləri sırasında yer almayacaq",- İbrahim Purfərəc bildirib.

O, İranda turizmin yenidən canlandırılması məqsədilə dünya tur operatorlarının İranda iclasının keçirilməsini planlaşdırdıqlarını və  50-yə yaxın ölkə ilə danışıqlar apardıqlarını deyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar