SON XƏBƏRLƏR

Tehranda “Həşdi-Şabi" ilə bağlı narazılıq: "Onların universitetə qəbuluna qarşı çıxacağıq”

2023.07.14, 11:48
Tehranda “Həşdi-Şabi" ilə bağlı narazılıq: "Onların universitetə qəbuluna qarşı çıxacağıq”

"Həşdi-Şabi" qrupu üzvlərinin İran univeristetlərinə qəbuluna imkan yaradılması Tehranda narazılıqla qarşılanıb.

Gunaz.tv

""Həşdi-Şabi" qrupu üzvlərinin univeristetə qəbuluna və onların burada olmalarına qarşı çıxacağıq.

“Biz hər hansı hərbi qüvvələrin, istər mülki, istəsə də döyüş geyimləri ilə təhsil almaları ilə razılaşmırıq və onlara qarşı çıxacağıq". Bunu Tehran universitetinin tələbə fəalı bildirib.

Tələbələr "tamahkar və muzdurların" (ali məktəbin rəhbərliyi nəzərdə tutulur-müəll.) tərəfindən Tehran Universitetinin adının bundan artıq ləkələnməsinə icazə verməyəcəklərini bildiriblər.
"Ö müqavimətimizlə bizi parlaq gələcəyin gözlədiyini sübut edəcəyik. 
Onlara qarşı geri oturmaya və durub baxmayacağıq”-tələbələrin bəyanatında  deyilir.

Qeyd edək ki, bir müddət öncə Tehran Universitetinin rəsmiləri "Həşdi-Şabi" qrupunun bəzi rəhbərləri keçirdiyi görüşdə bu qrupun üzvlərinin İranın universitetlərində ali təhsil almasına razılıq veriblər.

Tehran Universitetində keçirilmiş həmin iclasda Əli Xameneyinin Universitetlərdə Təmsilçilik Ofisinin sədri və "Həşdi-Şabi" qrupunun təlim işləri müavini iştirak edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar