SON XƏBƏRLƏR

Britaniyanın bir neçə yüksək vəzifəlisindən İranla bağlı tələb

2023.07.17, 12:40
Britaniyanın bir neçə yüksək vəzifəlisindən İranla bağlı tələb

Böyük Britaniyanın bir neçə yüksək vəzifəlisi, o cümlədən keçmiş müdaifə naziri, Liberal Demokrat Partiyasının sabiq rəhbərlərindən biri və hal-hazırda Parlamentin Xarici İşlər Komitəsinin sədri dövlətdən İrana qarşı daha sərt mövqe tutulmasını tələb ediblər.

Gunaz.tv

Onlar bununla bağlı Britaniyanın xarici işlər nazirinə məktubla müraciət ediblər.

Məktubda qeyd edilir ki, İranın insan haqları üzrə dəhşətli tarixçəsi, bu ölkənin öz nüvə proqramını inkişaf etdirməsi, Orta Şərqin hər yerində əvəzindən döyüşən qüvvələrə dəstəyi, Ukraynaya qarşı vəhşicəsinə müharibədə Rusiyaya genişmiqyaslı yardımı, terrorizmi və adam oğruluğunu himayə etməsi bu ölkəni beynəlxalq sabitıiyə qarşı böyük bir təhdidə çevirib.

“İran Orta Şərqin ən böyük aqressiv gücüdür.

Bu ölkə Rusiya ilə artan müttəfiqliyini dərinlışdirmə siyasəti yürüdür.

İran hökuməti Orta Şərqdə ən dominant güc olması fikirndədir”-məktubu izmalayanlar Britaniya dövlətinə xəbərdarlıq ediblər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar