SON XƏBƏRLƏR

Xoyda təbii fəlakət- Bir nəfər həyatını itirdi

2023.07.17, 15:28
Xoyda təbii fəlakət- Bir nəfər həyatını itirdi

İyulun 16-da Qərbi Azərbaycan əyalətinin Xoy mahalının Firoruq bölgəsində güclü yağışlardan sonra baş verən sel daşqınları nəticəsində bir nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzinin başçısı Əmir Abbas Cəfəri məlumat verib.

Məlumata görə, sel nəticəsində, həmçinin, əkin sahələrinə ciddi ziyan dəydiyi və 100-dən çox mal-qaranın da tələf olduğu, Ağası və Miri kəndi kəndlərində 8 evin yararsız vəziyyətə düşdüyü bildirilib.

Yerli sosial media fəalları elektrik, yol və qaz xətlərinin dağıldığını, iki kəndin əhalisinin ətraf mühitdən təcrid olunduqlarını yazıblar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar