SON XƏBƏRLƏR

İranda ətin qiyməti ən yoxsul ölkələrdən belə bahadır

2023.07.19, 14:45
İranda ətin qiyməti ən yoxsul ölkələrdən belə bahadır

İranda ətin qiyməti dünya dövlətləri ilə müqayisədə çox bahadır. İranın rəsmi “Cam Cəm” qəzetinin iyulun 19-da nəşr etdiyi araşdırmaya əsasən belə söyləmək olar.

Gunaz.tv

Nəşr bildirir ki, İranda ətin qiyməti Revanda, Tanzaniya və Monqolustan kimi dünyanın ən yoxsul ölkələrindən bir neçə dəfə bahadır.

Yazıda bildirilir ki, dünyaya övlad gətirmənin kəskin azalması İranda orta təbəqənin daha da yoxsullaşmasının nəticəsidir.

Qida məhsullarının bahalaşması hələ davam edəcək.

Dünyada ətin qiyməti indeksinin araşdırılması ilə müəyyən olunub ki, İran əhalisi 1 kiloqram ət üçün ən yoxsul ölkələrələ müqayisədə 2-3 qat daha çox ödəyir.

Habelə İranda ətin qiyməti dünyanın 113 ölkəsindən daha bahadır və ancaq 53 ölkə ilə müqayisədə ucuzdur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar