SON XƏBƏRLƏR

Sina Yusifi Urmu gölü ilə bağlı paylaşım edib

2023.07.20, 16:11
Sina Yusifi Urmu gölü ilə bağlı paylaşım edib

Təbrizli hüquqşünas Sina Yusifi Urmu özünün tvitter hesabında Urmu gölü ilə bağlı paylaşım edib.

Gunaz.tv

Tanınmış vəkul Urmu gölünün qurumadığını, bilərəkdən qurudulduğunu yazıb.

"Yaponiyanın Urmu gölünün bərpasına görə verdiyi 10 milyon dollar yoxa çıxdı, vəkillərin məsələ ilə bağlı müraciətləri cavabsız qaldı, ekofəallar həbs edildi və başqa bu kimi məsələlər ghölün quruması deyil bilərəkdən qurudulmasını sübut edir",- Yusifi bildirib.

O, hər bir güneyli milli-mədəni fəalın ən azı bir dəfə Urmu gölünün qurudulmasına etiraz etdiyi üçün həbs edildiyini, bunun azərbaycanlıların ekoloji fəlakətə biganə qalmadıqlarına nümunə olduğunu söyləyib.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar