SON XƏBƏRLƏR

Erməni millət vəkilləri İrana təşəkkür etdilər

2023.07.22, 09:51
Erməni millət vəkilləri İrana təşəkkür etdilər

Ermənistan parlamentinin iki üzvü Anna Mehrdiçyan və Qaqam Manukyan Tehran hökumətinin Ermənistana hər tərəfli yardımlarına görə təşəkkürlərini bildiriblər.

Gunaz.tv

Bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb.

Onlar "Şərq" qəzetinə verdikləri müsahibədə Nikol Paşiniyanın Qarabağ məsələsi, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq istiqamətindəki səylərini tənqid edərək, İran hökumətinin bu istiqamətdə fərqli mövqe tutmasını, Ermənistan dövlətinə dəstək verdiyini yüksək qiymətləndiriblər.

"Şəxsən mən öz çıxışlarımda dost və qardaş ölkə İranı dəstək mövqelərinə görə dəfələrlə yüksək qiymətləndirmişəm. Dəfələrlə demişəm ki, dost İran, Ermənistan hökuməti əvəzinə bu ölkə ilə həmsərhəd Siyonik əyalətini və bizim maraqlarımızı müdafiə edib",- Qaqam Manukyan bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar