SON XƏBƏRLƏR

İranda külli miqdarda narkotik maddələr ələ keçirilib

2023.07.22, 14:04
İranda külli miqdarda narkotik maddələr ələ keçirilib

Son 3 ay ərzində İranın müxtəlif bölgələrində 161 ton müxtəlif növlü narkotik maddələr aşkarlanaraq götürülüb.

Gunaz.tv

Bu barədə mediaya açıqlama verən Narkotiklərlə Mübarizə Qərargahının nümayəndəsi Məhəmməd Məsud Zahidi narkotiklərin çoxunluğunun sərhəd və İranın mərkəzi bölgələrində ələ keçirildiyini deyib.

Onun sözlərinə görə, qeyd edilən müddətdə 567 cinayətkar dəstə zərərsizləşdirilib və 60566 nəfər narkotik maddə satıcısı həbs olunub.

Qeyd edək ki, ötən il İranın Narkotiklərlə Mübarizə Baş İdarəsinin Müalicə və sosial dəstək üzrə baş direktoru Rza Toyserkanməneş İranda 2 milyon 800 min narkomanın olduğunu deyib.

O, bundan başqa 1 milyon 600 min nəfərin də ara-sıra narkotik maddələrdən istifadə etdiyini bildirib.

Rza Toyserkanməneş, ölkədə illik orta hesabla 4-5 min nəfərin narkotikdən istifadəyə görə öldüyünü deyib və İranda narkomaniyanın genişlənməs prosesinin sürətləndiyi barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, İranda narkotiklərdən istifadə nəticəsində ölüm halları regionda ən yüksək göstəricidir və İran bu sahədə dünyada ən çox narkotik istehsalçısı olan Əfqanıstandan da irəlidədir.

Mütəxəssislərin fikrincə sosial azadlıqların olmaması, siyasi təzyiqlər, istirahət obyektlərinin məhdudluğu, eləcə də iqtisadi problemlər və gələcəyə perspektivin olmaması insanları narkotikdən istifadə etməyə sövq edən və aludəçiliyi artıran amillərdəndir.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar