SON XƏBƏRLƏR

İran idmançısı beynəlxalq yarışlardan kənarlaşdırıldı

2023.07.25, 15:59
İran idmançısı beynəlxalq yarışlardan kənarlaşdırıldı

İranın ağır atletika üzrə milli komandasının üzvü, bir neçə dünya və Asiya medallarının sahibi Əli Haşimi dopinqdən istifadə etdiyi üçün 3 il müddətinə ölkədaxili və xarici yarışlarda iştirakdan kənarlaşdırılıb.

Gunaz.tv

İran Ağır Atletika Federasiyasının məlumatına görə, bu qərar Haşiminin dopinqdən istifadəsi ilə bağlı Almaniyanın Köln laboratoriyasının müsbət qərarından sonra elan edilib.

Qeyd edək ki, bununla yanaşı kross üzrə idmançı Pejman Kərzayi və 3000 metr məsafəyə qaçış üzrə idmançı Behzad Müstəfaəvi də 3 il müddətinə idmandan uzaqlaşdırılıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar