SON XƏBƏRLƏR

Qətər və ABŞ xarici işlər nazirləri İranı müzakirə edib

2023.07.25, 16:19
Qətər və ABŞ xarici işlər nazirləri İranı müzakirə edib

Qətər və ABŞ xarici işlər nazirləri telefonla İran, Ukrayna və Əfqanıstandakı hadisələri müzakirə ediblər.

Gunaz.tv

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman bin Qasım amerikalı həmkarı Entoni Blinkenlə İranla nüvə sazişi üzrə danışıqlar, Ukrayna və Əfqanıstandakı hadisələr barədə telefonla danışıb.

Qətərin rəsmi xəbər agentliyinin (QNA) məlumatına görə, telefon danışığı zamanı tərəflər İranla Qərb ölkələri arasında aparılan nüvə danışıqlarının taleyini müzakirə ediblər.

Həmçinin Əfqanıstanda baş verənlər və bu ölkə xalqına yardım imkanları, habelə Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar