SON XƏBƏRLƏR

Səhənd şəhərində vəzifəli şəxslər həbs edilib

2023.07.26, 14:56
Səhənd şəhərində vəzifəli şəxslər həbs edilib

Şərqi Azərbaycan əyalətinin Səhənd şəhərində Şəhər Şurası üzvləri həbs edilib.

Gunaz.tv

Bu barədə məlumat verən Üskü şəhərinin prokuroru Hüseyn Vətənxah, son bir ayda saxlanılanların 4 nəfərə çatdığını deyib.

O, Şəhər Şurası üzvlərinin korrupsiya və vəzifə səlahiyətlərindən su-istifadə də günahlandırıldıqlarını bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə bu ilki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar