SON XƏBƏRLƏR

"Traxtur"la bağlı qalmaqal 

2023.07.28, 15:36
"Traxtur"la bağlı qalmaqal 

Sosial mediada Güney Azərbaycan komandasının oyunçusunun xanım tərəfindən masaj edildiyini əks etdirən paylaşım qalmaqala səbəb olub.

Gunaz.tv

Bu radikal dinçi və hizbullahçıların sərt reaksiyası ilə qarşılaşıb və onlar sosial media kanallarında Azərbaycan klubuna qarşı ittihamlar səsləndiriblər.

Videoda həkim forması geyinmiş xanımın "Traxtur" oyunçusunun ayağını masaj etdiyi iddia edilsə də, şəxsin "Traxtur" oyunçusu olub-olmadığı məlum olmur. 

Yayılan videoda masaj olunan şəxsin formasının üzərində "Traxtur" loqosunun olması əsas götürülərək Azərbaycan komandasına hücumlar təşkil edilir.

"Traxtur" klubu məsələ ilə heç bir açıqlama verməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar