SON XƏBƏRLƏR

İranda hicab qaydaları daha da sərtləşdirildi

2023.07.29, 14:43
İranda hicab qaydaları daha da sərtləşdirildi

İran parlamentinin Hüquq və Məhkəmə Komissiyası tərəfindən edilən dəyişikliklərə əsasən yeni “İffet və hicab” qanun layihəsi “İffət və hicab mədəniyyətinin təbliği yolu ilə ailənin dəstəklənməsi” adlanıb.

Gunaz.tv

70 maddə də tənzimlən qanun layihəsində məcburi hicab qaydaları ilə bağlı cəzalar yenidən ağırlaşdırılıb və insanların şəxsi həyatı əvvəlkindən daha çox təhdid edilib.

Adı çəkilən qanun layihəsində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rabitə Nazirliyi, Sənaye, Mədən və Ticarət Nazirliyi , Səhiyyə Nazirliyi ilə yanaşı bir sıra dövlət qurumlarının məcburi hicab qaydalarına nəzarətlə bağlı vəzifələri qeyd edilib.

Qanun layihəsinə əsasən “ailə yönümlü islami həyat tərzinin, iffət və hicab mədəniyyətinin təbliği” bütün səviyyəli şagirdlərin və tələbələrin proqram və dərsliklərinə salınmalı, qadınlar üçün ayrıca universitetlər və universitet şəhərcikləri yaradılmalıdır.

Bununla yanaşı Daxili İşlər Nazirliyinin məcburi hicab qaydalarına nəzarətlə bağlı səlahiyyəti artırılıb və nazirlik bu istiqamətdə həm də, məarifləndirici seminarlar və toplantılar keçirməyə məsul edilib.

Həmçinin bütün bələdiyyələrə qadınlar üçün ayrıca parklar, istirahət mərkəzləri və oxşar məkanların tətis edilməsi barədə göstəriş verilib.

İdman və Gənclər Nazirliyi də, idmançı qadın və qızlar üçün islami geyim formalarının hazırlanması tapışırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar