SON XƏBƏRLƏR

İran əsilli ABŞ vətəndaşı Behruz Muxtari həbsə məhkum edilib

2023.07.29, 16:30
İran əsilli ABŞ vətəndaşı Behruz Muxtari həbsə məhkum edilib

Amerika məhkəməsi bu ölkənin Maliyyə Nazirliyindən icazə almadan İranla ticarət əlaqələri qurmuş İran əsilli vətəndaşını 41 ayadək həbsə məhkum edib.

Gunaz.tv

Amerikanın "maritime-executive" portalının xəbərinə görə onlar həm də cərimə ödəyəcəklər.

Amerika vətəndaşı olan Virciniya Ştatının sakini 72 yaşlı iranlı Behruz Muxtari qaz daşıyıcı gəmilərin və bir gəmiçilik şirkətinin sahibidir.

Həmin şirkət isə İranla alış-veriş üçün qeyri həqiqi yaradılmış şirkət olub.

Amerikanın prokurorları bildiriblər ki, Muxtari bilərəkdən və Amerika Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Ofisindən icazə sənədi almadan İranla ticarət edib.

Müttəhim və ortaqları İrana və əksinə neftkimya məhsullarının daşınması sahəsində 2013-cü ildən 2020-ci ilədək İranlı şirkətlərə xidmət göstəriblər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar