SON XƏBƏRLƏR

Suriya İrana birgə ticarət bölgəsi yaratmağı təklif edib

2023.08.03, 14:40
Suriya İrana birgə ticarət bölgəsi yaratmağı təklif edib

“Ortaq sərbəst ticarət bögələrinin yaradılması barədə 21 ölkə ilə danışıqlar gedir. Suriya isə bu barədə bizə 3 bölgəni təklif edib.” Bunu İranın Sərbəst (Azad) Tiacrət Bölgələri Ali Şurasının katibi Hüccətulla Əbdül Məliki bildirib.

Gunaz.tv

O,  Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samir Əl-Xəlil ilə keçirdiyi toplantıda onu da əlavə edib ki, Suriya ilə birgə sərbəst (azad) ticarət bölgəsinin yaradılması ən qabaqcıl sənaye bölgəsi olduğuna görə İranın Araz Azad Ticarət Bölgəsinə tapşırılıb. İranın qeyri- neft ixracatının 30 faizi və malların tranzitinin 70 faizi bu bölgələrin vasitəsi ilə reallaşır. 

Suriyalı nazir isə toplantıda deyib: “Dəməşqin prioritet götürdüyü məsələlərdən biri İranla ticarət, iqtisadi əməkdaşlıq etmək və birgə ticarət bölgəsinin yaradılmasıdır. Bölgənin müəyyən edilməsi məqsədi ilə birgə  toplantılar keçirmişik. 

Yekun olaraq Suriyanın Lazəqiyyə dəniz limanı, Bukəmal və Həsya bölgələri İranla birgə sərbəst ticarət bölgəsinin yaradılması üçün  təklif olunub.”

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar