SON XƏBƏRLƏR

İraq: “İrana heç bir ərazi verilməyib”

2023.08.04, 14:20
İraq: “İrana heç bir ərazi verilməyib”

“Bəsrə-Şələmçə dəmir yolunun salınmasında və əks sitiqamətdə relslərin qurulması üçün İran tərəfinin sərəncamına heç bir ərazi verilməyib” Bunu İraqın Nəqliyyat Nazirliyi bəyanatında bildirib.

Gunaz.tv

Qeyd edək ki, Bəsrə bögəsi İraqın, Şələmçə isə İranın ərazisində yerləşir. Bu bölgələr iki ölkənin sərhədlərinə yaxındır. Şələmçə bölgəsi İran-İraq müharibəsi zamanı minalanıb. 

İraqın dövlət xəbər agentliyinin (INA) məlumatına istinadən, nazirlik  bildirib : “Şələmçə-Bəsrə dəmir yolu proyektinin inkişaf etdirilməsi və yaxud Şətt-ül-Ərəb çayının üzərinə körpünün salınması məqsədi ilə heç bir İraq ərazisi İran tərəfinin sərəncamına veirlməyib. 

Proyekt barədə yayılmış məlumat yalnız  söz-söhbətdən ibarətdir.  Proyekt İraqın Dövlət Dəmir Yolu Qapalı Səhimdar Cəmiyyətinin vasitəsi ilə icra olunur. Maliyyələşdirilməsi 2023-ci il üzrə Federal Büdcədə nəzərdə tutulub.”.

Həmçinin bildirilib ki, razılaşma sənədinə əsasən,  İraq tərəfi dəmiryolu, yolüstü mərkəzlər və stansiyaların salınması, İran tərəfi isə Şətt-ül-Ərəb çayının üzərinə körpünün inşa edilməsi,  16 kilometr ərazidə minaların təmizlənməsi barədə öhdəlik götürüb.  

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar