SON XƏBƏRLƏR

İranın məşhur həbsxanası bağlandı

2023.08.06, 10:06
İranın məşhur həbsxanası bağlandı

Kərəc şəhərində yerləşən "Rəcaişəhr" (Qohərdəşt) həbsxanası bağlanaraq orada saxlanılan məhbusların hamısı başqa həbsxanalara köçürülüb.

Gunaz.tv

Bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.

"Rəcaişəhr" həbsxanasında saxlanılan siyasi məhbusların əksəriyyəti "Qızıl hisar" həbsxanasına köçürülüb.

Qeyd edək ki, 1979-cu ildə inşa edilən həbsxanada 8-12 min arası məhbus saxlanılıb.

Bura İranda və beynəlxalq insan haqları müdafiəçiləri arasında ən çox siyasi məhbusun saxlanıldığı həbsxana kimi tanınır.

 "Rəcaişəhr" 1988-ci ildə İranda qısa müddət ərzində siyasi məhbuslara qarşı həyata keçirilən kütləvi edamların icra edildiyi qorxulu həbsxana kimi yadda qalıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar