SON XƏBƏRLƏR

Ərdəbilli fəallar təhlükəsizlik idarəsinə çağırılıblar

2023.08.07, 15:03
Ərdəbilli fəallar təhlükəsizlik idarəsinə çağırılıblar

Ərdəbil şəhərində yaşayan bir neçə milli-mədəni fəal telefon vasitəsilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinə çaırılıblar.

Gunaz.tv

Fəalların verdiyi məlumata görə, Əfşin Sübhi, Məcid Rüstəmzadə və Mahmud Daneşiyan adlı fəallar telefonda təhqir olunub və onlar idarəyə gəlməyəcəkləri təqdirdə həbs olunacaqları ilə təhdid ediliblər.

Bundan bir neçə gün əvvəl isə daha 9 milli fəal təhlükəsizlik idarələrinə çağrılıblar. 

Çağırılan fəalların əksəriyyəti bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkum edilib və həbs həyatı yaşayıblar.

Milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandıraraq idarələrə getməkdən imtina ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar