SON XƏBƏRLƏR

İran sifətləri ayırdetmə kameralarından istifadə edir

2023.08.08, 11:50
İran sifətləri ayırdetmə kameralarından istifadə edir

Almaniyanın rəsmi televiziyası İran hökumətinin etirazçılara basqısı barədə hazırladığı hesabatda ölkənin Boş markalı kameralardan hicabsız şəxslərin sifətlərini ayırd etmək üçün yararlandığını bildirib.

Gunaz.tv

Avqustun 8-də nəşr edilmiş hesabata əsasən, Boş Firması yollara və keçidlərə quraşdırılan  kameraların İrana satıldığını, lakin bu kameraların sifəti ayırdetmə qabiliyyətinə malik olmadıqlarını bildirib.

Firma həmçinin, 2016-cı ildən 2018-ci ilədək İrana 8 min təhlükəsizlik kamerası satdığını açıqlayıb. 

Hastabata istinadən,  Boş Firması Tehran şəhərindəki  Xatəm universitetində görüntülü nəzarət kameralarının operatorluğu barədə təlimlər keçirib,  görüntünün analizi və sifətin ayırd etməsi öyrədilib.

Lakin Boş Firması bunları rədd edib və belə təlimlərin keçirmədiyini bildirib. 

Televiziyaya müsahibə verən,  İran rejiminin müxaliflərindən biri iddia edib ki, İran bu kameralardan istifadə ilə millətin nümayiş keçirmək üçün toplaşdığını müəyyən edə bilər.

Belə ki, hər hansı görüntüdə  bir anda 5-10 nəfərin siması görüntülənərsə,  ən yaxın təhlükəsizlik idarəsinə həyəcan sıqnalı göndərilir və dərhal təhlükəsizlik qüvvələri həmin yerə çatır. 

Xatırladaq ki, İranın polisi  bir müddə əvvəl simaları ayırd edən intellektual kameralardan hicabdan imitna edən qadınları müəyyənləşdirmək üçün  istifadə olunduğunu bildirmişdi..

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar