SON XƏBƏRLƏR

Səhənddə Şəhər Şurasının üzvü həbs edildi

2023.08.08, 15:23
Səhənddə Şəhər Şurasının üzvü həbs edildi

Şərqi Azərbaycan əyalətinin Səhənd şəhərində daha bir Şəhər Şurasının üzvü həbs edilib.

Gunaz.tv

Bu barədə məlumat verən Üskü şəhərinin prokuroru Hüseyn Vətənxah, bununla da Səhənd şəhərində saxlanılanların sayının 5 nəfərə çatdığını, 7 üzvdən yalnız 2-nin azadlıqda olduğu üçün qurumun fəaliyyətinin pozulduğunu deyib.

O, Şəhər Şurası üzvlərinin korrupsiya və vəzifə səlahiyətlərindən su-istifadədə günahlandırıldıqlarını bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar