SON XƏBƏRLƏR

BƏƏ İranın nüvə fəaliyyətlərindən narahatlığını bildirib

2023.08.09, 09:30
BƏƏ İranın nüvə fəaliyyətlərindən narahatlığını bildirib

Birləşmiş Ərəb Əmirlikləri Tehrandan Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri ilə əməkdaşlığını tələb edən Qərb ölkələri və onların müttəfiqlərinə qoşularaq, İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını ifadə edib.

Gunaz.tv

Bu barədə BƏƏ-nin MAQATE-dəki daimi nümayəndəsi Həməd əl-Kəbi bəyanat verib.

“İranın uranın zənginləşdirilməsindən dinc və mülki məqsədlər üçün istifadə etmək istəməsi real görünmür”,- o bildirib.

BƏƏ nümayəndəsinin bu çıxışı Əbu-Dabi hökumətinin son vaxtlar Tehranla münasibətlərini yaxşılaşdırması və tərəflərin öz səfirlərini qarşı ölkənin paytaxtına göndərməsi kontekstində baş verir. 

Ötən həftə rəsmi Tehran BƏƏ dövlət başçısını İrana səfərə dəvət edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar