SON XƏBƏRLƏR

MİT İran casuslarını ifşa etdi: azərbaycanlılar da var 

2023.08.09, 13:13
MİT İran casuslarını ifşa etdi: azərbaycanlılar da var 

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İranın casus şəbəkəsini zərərsizləşdirib.

Gunaz.tv

Bildirilib ki, həbs edilənlər arasında azərbaycanlılar da var.

Onlardan ikisinin adı məlumdur.

Həmin şəxslər Hikmət Əliyev və Seymur Rzayevdir.

İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İranəsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.

MİT  İŞİD üzvü olan kuryerin İrana 8,5 milyon avroya satılmaq üçün İstanbula apardığı  rəqəmsal karqo texniki izləməylə  müəyyən edib.

Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb. (Axar.az)

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar