SON XƏBƏRLƏR

Təbrizli idmançı öldürülüb

2023.08.09, 15:15
Təbrizli idmançı öldürülüb

Təbrizin "Maşınsazi" futbol klubunun keçmiş oyunçusu, "Oqab mehr" futbol klubunun üzvü Mehdi Mahmudi Təbrizin "Şəhid Əqdəmi" idman zalının qarşısında güllələnərək öldürülüb.

Gunaz.tv

Yerli medianın verdiyi məlumata görə, futbolçu baş verən silahlı atışmada bir neçə güllə yarası aldığına görə həyatını itirib.

Mehdi Mahmudinin öldürülmə səbəbləri və hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Oqab mehr" futbol komandasının oyunçusu Əmir Xudayari də Şahgölü yolunda şübhəli avtomobil qəzasında həyatını itirib.

Təbrizin yerli mediası hər iki ölüm hadisəsinin şübhəli və qeyri-adi olduğunu yazıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar