SON XƏBƏRLƏR

İranda jurnalistlər işdən qovuldu

2023.08.10, 15:25
İranda jurnalistlər işdən qovuldu

İranın idman və gənclər nazirini tənqid etdiklərinə görə "İran" qəzetinin iki jurnalisti Azadə Pirakuh və Möhsün Əcirli işdən qovulublar.

Gunaz.tv

Bu barədə məlumat verən media fəalları jurmalistlərin nazirin yetərsiz fəaliyyətlərinə toxunduqları üçün qəzəbə tuş gəldiklərini yazıblar.

Jurnalistlərin işdən qovulması İbrahim Rəisinin İranda söz və fikir azadlığının yüksək səviyyədə olması barədə iddialarından bir gün sonraya təsadüf edir.

Qeyd edək ki, 2022-ci ildə meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar