SON XƏBƏRLƏR

Jak Şirakın heykəlini təhqir ediblər

2023.08.10, 15:26
Jak Şirakın heykəlini təhqir ediblər

Fransanın keçmiş prezidenti Jak Şirakın Nitsadakı heykəlinin iki barmağı sındırılıb. Bu barədə Nice-Matin nəşri məlumat yayıb.

Gunaz.tv

Nəşr yazır ki, cinayəti törədənlər hələ də tapılmayıb.

Şəhər rəsmiləri baş verənləri pisləyiblər və bunu qəbuledilməz hadisə adlandırıblar.

Saytın məlumatına görə, meriya nümayəndələri abidənin ilkin görkəmini bərpa etmək üçün artıq heykəltəraş Patrik Freqa ilə əlaqə saxlayıblar.

Qeyd edək ki,  bu, abidəyə qarşı üçüncü vandalizm aktıdır.

Oxşar hadisə 2020-ci ildə, heykəlin açılışından bir neçə gün sonra və 2022-ci ilin noyabrında baş verib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar