SON XƏBƏRLƏR

İran hərbi məqsədlə uran zənginləşdirməsini yavaşıdır

2023.08.12, 13:12
İran hərbi məqsədlə uran zənginləşdirməsini yavaşıdır

Val Strit Jurnal qəzeti iddia edib ki, İran nüvə silahının istehsalına lazım olan məqsədlə uran zənginləşdirməsini yavaşıdır. Həmçinin ehtiyatda saxlama miqdarını azaldacaq və zənginləşdirilmiş uran ehtiyatını durulaşdıracaq.

Gunaz.tv

Qəzet həmçinin bildirib ki, amerikalı və avropalı rəsmilər İrana deyiblər ki, aradakı gərginliklər Yayda azalarsa cari ilin sonunadək bütün məsələlər, o cümlədən İranın nüvə proqramı barədə daha geniş miqyaslı danışıqlara hazır olacaqlar.

İddiaya görə Tehranın bu tərz yanaşması Amerika ilə gərginliyi azalda və  İranın cəncəlli nüvə proqramı barədə yenidən danışıqların bərpası ehtimalını artıra bilər. 

Fikir sahibləri bildirirlər ki, Bayden administrasiyası Amerikada gələn il prezident seçkilərinədək Tehranla hər hasnı böhranın yaranmasının qarşısını almaq istəyir. 

Lakin Baydenin bu siyasətini tənqid edənlər belə düşünürlər ki, Tehran bölgədə hədələrini artırdığı və Rusiyaya hərbi yardım etdiyi bir halda Amerika İranı məhbusların azad olunması və nüvə fəaliyyəti üzrə cüzi yavaşıtma qarşılığında mükafatlandırır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar