SON XƏBƏRLƏR

Mariya Zaxarova: "Krım körpüsünə hücumun cavabı veriləcək"

2023.08.14, 12:52
Mariya Zaxarova: "Krım körpüsünə hücumun cavabı veriləcək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna ordusunun Krım körpüsünə endirdiyi zərbələr cavabsız qalmayacaq. Rusiya XİN rəsmisi bunu teleqramda yazıb.

Gunaz.tv

“Krım körpüsü sırf mülki infrastruktur obyektidir və oraya hücumlar yolverilməzdir. Körpü keçən ilin payızından bu cür hücumlara məruz qalır. Bu isə mülki əhali arasında itkilərlə nəticələnir”- deyə Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, Qərbin külli miqdarda yardımına baxmayaraq, Ukrayna ordusu təmas xəttində vəziyyəti dəyişə bilmir.

Qeyd edək ki, Zaxarova daha əvvəl, avqustun 12-də də Krım körpüsünə hücumla bağlı Ukraynaya xəbərdarlıq etmişdi.

Xatırladaq ki, son vaxtlar Ukrayna ordusu Krıma intensiv hücumlar edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar