SON XƏBƏRLƏR

Cənubi Koreya və Amerika birgə hərbi təlimlər keçirəcək

2023.08.14, 13:09
Cənubi Koreya və Amerika birgə hərbi təlimlər keçirəcək

Şimali Koreya rəhbərinin ballistik raketlərin istehsalının artırılması ilə bağlı göstərişindən az bir müddət sonra buna cavab olaraq Cənubi Koreya və Amerika birgə hərbi təlimlər keçirməyi planlaşdırıb.

Gunaz.tv

Bu barədə Cənubi Koreyanın Yonhap Xəbər Agentliyi məlumat yayıb.  İki ölkə illik hərbi döyüş məqşlərini Ulçinin Azadlıq Qalxanı anlamında olan “Ulchi Freedom Shield” adı ilə keçirəcəklər. 

Məşqlər avqustun 21-dən 31-dək şərti düşmən mövqelərinə qarşı  keçiriləcək.

Amerikanın Cənubi Koreyada yerləşən Quru Qüvvələri Alayının sözçüsü bu barədə xəbərtoplantı keçirərək açıqlama verib: “Məşqlərin gedişində çoxyönlü əməliyyatlara üstünlük veriləcək. Məşqlərə  BMT-nin Komandanlığına üzv ölkələrindən 9-nun müəyyən personalı qatılacaq. 

Həmin ölklər Avstraliya, Kanada, Fransa, Britaniya, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Flippin və Taylanddan ibarətdir. Cənubi Koreya və Amerikanın ortaq hərbi məşqləri adi təlim proqramı hesab olunur.”. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar