SON XƏBƏRLƏR

 İrandakı teraktla bağlı 10 nəfər həbs edilib

2023.08.15, 10:10
 İrandakı teraktla bağlı 10 nəfər həbs edilib

Avqustun 13-ü Şiraz şəhərində Şah Çıraq ziyarətgahına silahlı hücumla bağlı 10 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə Fars əyaləti məhkəmə sisteminin baş hakimi Kazım Musəvi açıqlama verib.

Məlumatda silahlı basqında şübhəli bilinən on nəfərin təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq istintaqa təhvil verildiyi bildirilib.

Onlardan birinin Tacikistan vətəndaşı Rəhmətullah Noruzov adlı şəxs  olduğu bildirilir.

Qeyd edək ki, İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahında törədilən terror aktı nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı. İŞİD terror təşkilatı ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

Ötən il oktyabrın 26-da isə Şahçıraq ziyarəthgahına silahlı hücum nəticəsində 13 nəfər ölmüş, çox sayda insan yaralanmışdı.

Xaricdə fəaliyyət göstərən bir sıra media orqanları və İran hökumətinə müxalif təşkilatlar bunun arxasında rejimin təhlükəsizlik qurumlarının əli ola bləcəyi barədə ehtimallar irəli sürüblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar