SON XƏBƏRLƏR

İranda silahlı soyğunçuluq halları artıb

2023.08.15, 16:06
İranda silahlı soyğunçuluq halları artıb

İranda silahlı oğurluq hallarının artmasının ardınca İran mediası odlu silahdan istifadə edilən xırda oğurluqların geniş yayıldığı barədə məlumat yayıb.

Gunaz.tv

Ekspertlər də yoxsulluğun nəticələri və müxtəlif anomaliyaların baş verməsi barədə xəbərdarlıq ediblər.

Məlumat və xəbərdarlıqlarda bildirilir ki, ölkənin müxtəlif bölgələrində saqqız, siqaret, meyvə şirəsi və başqa bu kimi oğurluqlarda odlu silahlardan istifadə edilməsi fəlakət göstəricisidir.

Sosiologiya Assosiasiyasının siyasi qrupunun direktoru Əhməd Buxarayi, belə halların baş verməsini ölkədəki siyasi quruluşun zorakılıq üzərində qurulmasının nəticəsi adlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavini Rza Məsudifər mediaya verdiyi açıqlamada xüsusilə son 5 ildə İranda oğurluq sayının kəskin artdığını deyib.

5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər, son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar