Yolu azaraq Ermənistan ərazisinə keçən və qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. “Pastinfo” saytı xəbər verir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər.